Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 13 iyun 2013 13:28 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın məlumatına görə, Mehdi (Elman) Nuri 50 milyon tümən zəmanətlə sərbəstliyinə qovuşub.

 

Qeyd edək ki, azərbaycanlı fəal mayın 17-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. ETTELAAT əməkdaşları M.Nurini həbs etmək üçün bir neçə dəfə onun ata evinə gediblər, mənzildə axtarış aparılıb və azərbaycanlı fəala məxsus bir sıra şəxsi əşyalar müsadirə edilib.

 

Azərbaycanlı fəal 2006-cı ilin mayında da tutulub və 2 il həbs cəzası çəkib. Eyni zamanda M.Nuri 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən ETTELAAT əməkdaşları tərəfindən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub. Bundan sonra azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 24 ay azadlıqdan məhrum edilib. Ancaq Apellyasiya Məhkəməsi daha sonra M.Nuri barəsində bəraət hökmü çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR