Bank Of Baku

İranda tanınmış azərbaycanlı şair həbs edilib

İranda tanınmış azərbaycanlı şair həbs edilib
# 24 iyul 2013 02:25 (UTC +04:00)

APA-nın məlumatına görə, daha çox azərbaycanlıların milli-mədəni hüquqları mövzusunda türk dilində səsləndirdiyi tənqidi şeirləri ilə tanınan Əli Cabbari iyulun 19-da tutulub. Həmin gün azərbaycanlı şair İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (Təbriz) şöbəsinə çağırılmasını səbəbini aydınlaşdırmaq üçün müraciət edərkən həbsə alınaraq Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. 

Qeyd edək ki, Ə. Cabbari bundan əvvəl 2010-cu ilin yanvarında həbs edilib və 20 gün ETTELAAT-ın təcridxanasında sorğu-sual edildikdən sonra zəmanətlə şərti azadlığa buraxıb. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı şairi hakimiyyət əleyhinə təbliğat aparmaq və pantürkist şeirlər yazmaqda günahlandıraraq 4 ay həbs cəzasına məhkum edib. Ə. Cabbari isə öz şeirlərində “pantürkizm” və “separatçılıq” kimi ittihamlardan əsasən azərbaycanlı fəallara qarşı təzyiq üçün ortaya atılan bəhanələr kimi bəhs edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR