Bank Of Baku

İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib
# 22 may 2013 01:23 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Mayın 21-də axşam saatlarında İranda zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Fars vilayətinin Firuzabad şəhərində qeydə alınıb. Məlumata görə, 4.4 bal gücündə olan zəlzələ yerli vaxtla saat 19:12-də (Bakı vaxtı ilə 10:42-də) yerin 10 km dərinliyində meydana gəlib.

 

Təbii fəlakət Firuzabaddan 22 km, Dəhramdan 23 km, Meymanddan 37 km və Tehrandan 785 km uzaqlıqda baş verib.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR