Bank Of Baku

İranda zəlzələ bölgəsinə yardım aparan 21 azərbaycanlı fəal həbs və cərimə cəzasına məhkum edilib

İranda zəlzələ bölgəsinə yardım aparan 21 azərbaycanlı fəal həbs və cərimə cəzasına məhkum edilib
# 21 may 2013 07:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətindəki zəlzələ bölgəsinə yardım apararkən həbs edilən 21 azərbaycanlı fəala hökm oxunub.

 

APA-nın HRAZ-a istinadən məlumatına görə, Təbriz Ümumi Məhkəməsinin 112-ci şöbəsi Hüseyn Rövnəqi Məliki və Nəvid Xancanini 5 ay müddətində azadlıqdan məhrum edib, digər azərbaycanlı fəalların hər birini isə 500 min tümən məbləğində cərimələyib.

 

Onlar istifadə müddəti bitmiş və keyfiyyətsiz ərzaq paylamaqda, xüsusilə kifsəmiş çörəyi zəlzələdən zərər çəkmiş sakinlər arasında yaymaqda, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları və polislərə qarşı itaətsizlik etməkdə günahlandırılıblar. Həmin azərbaycanlı fəallar Hüseyn Rövnəqi Məliki, Həsən Rövnəqi Məliki, Behruz Ələvi, Həmidrza Musəbian, Fərid Ruhani, Vahid Hulusi, Nəvid Xancani, Məsud Vəfabəxş, Humən Tahiri, Şayan Vəhdəti, Sepehr Saheban, Danyal Həsəni, Əli Məhəmmədi, Mürtəza İsmayılpur, Məhəmməd Ərcməndirad, Məhəmməd İsmayıl Salmanpur, Məhəmməd Əmin Salehi, Möhsün Samei, Milad Pənahipur, Əmir Ronasi Nəcib və Bəhram Şucaidir.

 

Qeyd edək ki, bu il yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilən Hüseyn Rövnəqi Məliki 2 il, Bəhruz Ələvi 2 il 3 ay, Həmidrza  Musəbian 2 il 6 ay, Vahid Hulusi 2 il, Bəhram Şucai 2 il həbs cəzasına məhkum edilib. Fərid Ruhani, Həsən Rövnəqi Məliki, Şayan Vəhdəti, Mürtəza İsmayılpur, Məhəmməd Ərcməndirad, Məhəmməd İsmayıl Salmanpur, Məhəmməd Əmin Salehi, Möhsün Samei, Milad Pənahipur və Əmir Ronasi Nəcib isə 6 ay azadlıqdan məhrum ediliblər. Azərbaycanlı fəallar hökumət əleyhinə təbliğat aparmaqda və dövlətin təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə təqsirləndiriliblər. Onlar 2012-ci il sentyabr ayında zəlzələ bölgəsinə yardım apardıqları üçün İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən  həbs ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR