Bank Of Baku

İranda zəlzələ nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb

İranda zəlzələ nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb
# 11 may 2013 10:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün səhər saatlarında İranda baş vermiş zəlzələ nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan vilayətinin Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn Rəncbər bildirib. O deyib ki, təbii fəlakət nəticəsində Bəndər Abbas şəhərinin Başqard rayonunda kommunikasiya xətləri sıradan çıxıb, bəzi kənd yolları dağılıb.

 

Qeyd edək ki, mayın 11-də yerli vaxtla saat 06:38-də (Bakı vaxtı ilə 07:08-də) İranın Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərinin Başqard rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. Bundan əlavə, Hörmüzqan və Kirman vilayətlərində irili-xırdalı daha 10 yeraltı təkan meydana gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR