Bank Of Baku

İrandakı seçkilərdə “şərti” islahatçı Həsən Rohani liderlik edir

İrandakı seçkilərdə “şərti” islahatçı Həsən Rohani liderlik edir
# 15 iyun 2013 04:52 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, 860 min bülletenin araşdırılmasının nəticələrinə görə, o seçicilərin 47 faizinin dəstəyini qazanıb.  İran DİN-nin seçkilər üzrə qərargahının ilkin açıqlamasına görə, Məhəmməd Bağır Qalibaf 15 faiz səs toplayıb, Səid Cəlili –  səslərin 14 faizini, Möhsen Rezai – 13, Əli Əkbər Vilayəti – 6 və Səid Məhəmməd Qarazi – 2 faizini toplayıb.        

 

İlkin hesablamalara görə seçkilərdə liderliyi ələ alan Həsən Rohani “şərti” islahatçı kimi tanınır. “Şərti” -  ona görə ki, ölkədə əsas siyasi kursu ali dini lider Ayətullah Xamenei müəyyən edir.  

 

Həsən Rohani İranın təcriddən çıxarılmasının və Qərblə münasibətlərin normallaşmasının tərəfdarıdır. Qalan 5 namizəd isə İslam inqilabının yolu ilə ciddi hərəkət etməsinin tərəfdarıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR