Bank Of Baku

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Rusiyaya səfərə gedib

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Rusiyaya səfərə gedib
# 25 iyun 2013 11:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi Rusiyaya gedib. APA-nın İRNA-ya istinadən məlumatına görə, səfərdə məqsəd Sankt-Peterburq şəhərində keçirilən “Beynəlxalq Expo 2013” sərgisində və yığıncağında iştirak etməkdir.

 

Xəbərdə bildirilir ki, F. Abbasi beynəlxalq tədbirdə İranın nüvə enerjisi texnologiyası sahəsindəki uğurlarını və nailiyyətlərini təqdim edəcək, həmçinin həmkarları və müxtəlif ölkələrin nazirləri ilə görüşəcək.

 

Qeyd edək ki, Rusiyanın tarixi Sankt Peterburq şəhərindəki beynəlxalq sərgi və yığıncaq iki gün davam edəcək. Sərgidə Rusiyanın nüvə sənayesi sahəsində yeni  məhsulları ilə yanaşı digər ölkələrin məhsulları da nümayiş etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR