Bank Of Baku

İranın Azərbaycan vilayətlərinə yağan güclü leysan və dolu təsərrüfatlara ciddi ziyan vurub - FOTO

İranın Azərbaycan vilayətlərinə yağan güclü leysan və dolu təsərrüfatlara ciddi ziyan vurub - <span style="color: red;">FOTO
# 21 may 2013 01:36 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinə yağan güclü leysan və dolu təsərrüfatlara ciddi ziyan vurub.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, güclü leysan yağışlarının yağması nəticəsində Əhər çayı öz məcrasından çıxaraq daşıb və Meşkinşəhrin (Xiyav) kəndlərini basıb. Nəticədə çayın kənarında yerləşən əksər kəndlərin əkin sahələri, xüsusilə düyü plantasiyaları sel sularının altında qalıb.

 

Xiyav şəhərinin icra başçısı Məhəmməd Fərhadi bildirib ki, sel şəhərin kənd təsərrüfatına 80% ziyan vurub: “Sel bəzi kənd evlərinin divarlarını yuyub, Kuçnə və Xankəndi kəndlərinin yollarını sıradan çıxarıb, eyni zamanda elektrik dirəklərini aşırıb. Nəticədə kənd əhalisi işıqsız qalıb”.

 

Onun sözlərinə görə, sel nəticəsində ölən və yaralanan olmayıb: “Hazırda İran Qızıl Aypara Cəmiyyəti və Fövqəladə Hallar Komissiyasının işçiləri təbii fəlakət zonasında sel daşqınlarından əziyyət çəkmiş insanlara yardım göstərirlər”.

 

Bundan əlavə, İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərinə dolu yağması nəticəsində ağaclar qırılıb, yarpaqları tökülüb, küçələri sel basıb, evlərə, avtomobillərə ciddi ziyan dəyib. Hətta küçələrdə, xiyabanlarda buz dənələrinin hündürlüyü 10 sm-ə çatıb. Eyni zamanda güclü külək elektrik enerjisinin verilişinin dayandırılmasına səbəb olub. Təbii fəlakətin şəhərə vurduğu ziyanın miqdarı müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR