Bakı. Real Cəfərli – APA. Hazırda İranın Bəndər Abbas şəhərinin mərkəzi həbsxanasında 3800 məhbus saxlanılır.
APA-nın HRANA-ya istinadən məlumatına görə, onlardan 2000 nəfər narkotik maddələrlə bağlı müxtəlif ittihamlara görə cəza çəkir.
Məhbuslardan 500 nəfərinin üzərində ölüm hökmü var. Onlardan 210 nəfəri qətl, qalanları isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq edam cəzasına məhkum ediliblər. Artıq 300 məhbusun ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib və onlar hər gün edam ediləcəkləri anı gözləyirlər.