Bakı. Real Cəfərli – APA. İranda daha bir tanınmış siyasətçi prezidentliyə namizədliyini geri götürüb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu, Mahmud Əhmədinejadın birinci prezidentliyi dövründə ölkənin səhiyyə naziri vəzifəsində çalışıb. K. Lənkərani prezidentliyə namizədliyini İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin xeyrinə geri götürüb. Sabiq nazir mayın 20-də S. Cəlili ilə keçirdiyi görüşdən sonra bu addımı atıb.
Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) bu gün prezident seçkilərində iştirak etmək hüququ qazanmış namizədlərin adlarını açıqlayacaq.