Bakı-APA. İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyaya səfəri çərçivəsində fevralın 16-da Rusiya baş nazirinin müdafiə məsələləri üzrə müavini Dmitri Roqozinlə görüşəcək.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə hərbi mənbələrdən bildirilib.
Bundan əvvəl İran müdafiə nazirinin Moskvada həmçinin Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin və müdafiə naziri Sergey Şoyqu ilə görüşəcəyi bildirilirdi.
Mənbələrə əsasən, danışıqlarda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə ediləcək.