Bank Of Baku

İranın neft hasilatı azalıb, ixracatı isə artıb

İranın neft hasilatı azalıb, ixracatı isə artıb
# 12 oktyabr 2013 13:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Sentyabr ayında İranın neft ixracı 20%-ə yaxın artıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin yaydığı aylıq hesabatda bildirilir.

 

Sənəddə deyilir ki, İranın sentyabr ayında gündəlik xam neft ixracı ötən ayla müqayisədə 180 min barel artıb. Bununla da ölkənin sentyabr ayında gündəlik xam neft ixracı 1 milyon 170 min barel olub.

 

Hesabatda qeyd olunur ki, bu artım Çin və Hindistanın ötən ay İrandan daha çox neft alması hesabına baş verib: “Belə ki, Pekin son dörd ay ərzində sentyabrda İrandan gündəlik 550 min barel xam neft alıb. Dehli isə son dörd ay ərzində sentyabrda İrandan gündəlik 265 min barel xam neft alıb”.

 

Sənəddə vurğulanır ki, İranın neft ixracının artmasına baxmayaraq, hasilatı aşağı düşüb: “Belə ki, İranın sentyabrda neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 100 min barel azalıb. Nəticədə İranın sentyabrda neft hasilatı 2 milyon 580 min barel olub”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR