Bank Of Baku

İranın neft naziri: “ABŞ və Avropa ölkələri İranın səylərinə qarşı sanksiya otaqları yaradıblar”

İranın neft naziri: “ABŞ və Avropa ölkələri İranın səylərinə qarşı sanksiya otaqları yaradıblar”
# 27 iyul 2013 01:08 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “ABŞ və Avropa ölkələri İranın səylərinə qarşı sanksiya otaqları yaradıblar”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi bildirib.

 

Onun sözlərinə görə, bu otaqları yaratmaqda məqsəd İranın neft müştərilərini itirməsinə çalışmaqdır: “Bu otaqlar ABŞ və Avropa ölkələrinin digər dövlətlərdəki səfirliklərində fəaliyyət göstərir”.

 

R. Qasımi deyib ki, vəzifəsinin icrasına başladığında ən prioritet siyasəti qonşu ölkələrlə ortaq neft və təbii qaz sahələrini istismara açmaq olub: “Bunun üçün də məndən əvvəl nazirlikdə lazımi proqram hazırlanmışdı. Nazir olduqdan bir neçə gün sonra Qərb İrana neft sanksiyaları tətbiq etdi və bu sanksiyalar ölkənin neft gəlirlərini hədəf aldı. Ona görə də bütün enerjimizi yeni neft alıcıları tapmağa sərf etdik və keçmiş müştəriləri də qorumağa çalışdıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR