Bank Of Baku

İranın Qərbi Azərbaycan vilayətində 16 nəfər suda boğulub

İranın Qərbi Azərbaycan vilayətində 16 nəfər suda boğulub
# 26 iyul 2013 23:34 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın Qərbi Azərbaycan vilayətində 16 çay və kanallarda boğulma hadisəsi qeydə alınıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, ötən həftə 16 yaşlı gənc Gürdə Rəşt kəndinin yaxınlığında Cığatı çayında boğulub. Hadisə yerinə xilasedicilər gəlib və kənd camaatının yardımı ilə gəncin cansız bədənini sudan çıxarıblar. Onun cəsədi daha sonra Miyandab (Qoşaçay) şəhərinin xəstəxanasına aparılıb. Bundan əlavə, 10 yaşlı uşaq Nəqədə (Sulduz) şəhərinin Həsənlu kanalında boğulub. Hadisə yerinə xilasedicilər gəlsələr də, ancaq havanın qaralması səbəbindən axtarışlar ertəsi günə qalıb. Nəhayət uzun sürən axtarışlardan sonra uşağın cəsədi axşam saatlarında tapılaraq müvafiq qurumlara təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR