Bank Of Baku

İranın Rusiyadakı səfiri: “Rəsmi Tehran yalnız sanksiyalar ləğv ediləcəyi təqdirdə Qərb ölkələrinin tələblərinə güzəştə getməyə hazırdır”

İranın Rusiyadakı səfiri: “Rəsmi Tehran yalnız sanksiyalar ləğv ediləcəyi təqdirdə Qərb ölkələrinin tələblərinə güzəştə getməyə hazırdır”
# 20 may 2013 11:23 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranın nüvə silahı istehsal etməsinə beynəlxalq qadağalar deyil, ali dini liderimiz, ayətullah Əli Xamneyinin verdiyi fətva mane olur”. APA-nın məlumatına görə, bu fikirləri İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi bildirib.

 

Onun sözlərinə görə, islam dini nüvə silahının istehsalını və tətbiqini qadağan edir: “Bizin üçün dini fətva qanundan daha üstündür. İran nüvə proqramı ilə bağlı “altılıq” ölkələrilə müzakirələri davam etdirməyə hazırdır və qarşı tərəfdən növbəti görüşlə bağlı konkret təkliflər gözləyir. Rəsmi Tehran yalnız sanksiyaların ləğv ediləcəyi təqdirdə Qərb ölkələrinin tələblərinə güzəştə getməyə hazırdır. Biz “Fordo” nüvə obyektini bağlamağa və uranın zənginləşdirilməsini dayandırmağa borclu deyilik. Nüvə silahlarının istehsal edilməsi və yayılmamasının qarşısının alınmasına dair Müqavilənin harasında bizim uranı 20 faiz zənginləşdirə bilə bilmərik yazılıb?”.

 

M. Səccadi deyib ki, İran Suriyanın dostları olan ölkələrin Tehranda alternativ görüşünün keçirilməsini təklif edir: “Biz belə bir görüşün xarici işlər nazirləri və ya nazir müavinləri səviyyəsində təşkilini təklif edirik. Suriyaya dost münasibəti göstərən 30 ölkənin, o cümlədən də İraq, Livan, Səudiyyə Ərəbistanı  nümayəndələrini dəvət etmişik. Bu görüşdə Suriyadakı böhranın sülh yolu ilə həllinə dair məsələlər müzakirə ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR