Bank Of Baku

İranın xarici işlər naziri ilə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub

İranın xarici işlər naziri ilə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub
# 15 avqust 2013 16:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri ilə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Suriya böhranından çıxış yolları əsas müzakirə mövzusu olub.

 

Əli Əkbər Salehi hər kəsin Suriya böhranının siyasi yollarla həll edilməsinə dəstək verməsinin zəruri olduğunu bildirib. Eyni zamanda Ə. Salehi BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinə Suriya böhranının sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərdən dolayı təşəkkür edərək, onu İrana səfərə dəvət edib.

 

Əhzar İbrahimi isə öz növbəsində Suriya böhranının həll edilməsində İranın tutduğu mövqeyi və əhəmiyyətini xatırladaraq, rəsmi Tehranın bununla bağlı səylərini alqışlayıb, cəhdlərini davam etdirməsini istəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR