Bank Of Baku

İranın yeni prezidenti nüvə müzakirələri aparmaq üçün heyət formalaşdırıb

İranın yeni prezidenti nüvə müzakirələri aparmaq üçün heyət formalaşdırıb
# 27 iyun 2013 07:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın yeni prezidenti Həsən Ruhani “altılıq” ölkələri ilə nüvə müzakirələrinin aparılmasına görə məsuliyyət daşıyır”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

 

Onun sözlərinə görə, artıq H.Ruhani İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin aparılması üçün bir heyət formalaşdırıb və həmin heyətdə İran xarici siyasət idarəsinin təmsilçisi də var.

 

Ancaq Ə.Salehi İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin keçiriləcəyi vaxtı açıqlamayıb: “Hazırda İranda hökumət dəyişikliyi baş verir. Ona görə də səbir etmək lazımdır. Hələlik tərəflər arasında nüvə müzakirələrinin keçirilməsi mümkün deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR