Bank Of Baku

İranın yeni prezidentinin inauqurasiya mərasiminin proqramı açıqlanıb

İranın yeni prezidentinin inauqurasiya mərasiminin proqramı açıqlanıb
# 02 avqust 2013 03:18 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın yeni prezidenti Həsən Ruhaninin inauqurasiya mərasiminin proqramı açıqlanıb. APA-nın məlumatına görə, avqustun 3-də H.Ruhaninin ilkin andiçmə mərasimi olacaq və prezident kimi öz vəzifəsinin icrasına rəsmi olaraq başlayacaq. Tədbirdə İranın ali dini lideri, ayətullah Əli Xamneyi, yüksək səviyyəli dövlət rəsmiləri, hərbçilər iştirak edəcək. İran daxili işlər naziri Mustafa Məhəmməd Nəccar XI dövr prezident seçkilərilə bağlı hesabat verəcək. 

Daha sonra ali dini liderin H.Ruhaninin prezidentliyini təsdiqlədiyinə dair mətn oxunacaq. 
Bundan sonra İranın yeni prezidenti siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək. Mərasimə İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani, nazirlər, millət vəkilləri, İran Konstitusiyasına Nəzarət Şurasının üzvləri, məhkəmə rəsmiləri, yüksək rütbəli hərbçilər, şəhid ailələri və xarici ölkələrin səfirləri qatılacaq. 

H.Ruhani üçün avqustun 4-də də ölkə parlamentində andiçmə mərasimi təşkil ediləcək. İran islam inqilabından sonra ilk dəfə bir prezidentin inauqurasiyasına xarici ölkələrin dövlət başçıları, xarici işlər nazirləri və nümayəndələr dəvət edilib. Mərasimdə 52 ölkədən 55 qonaq iştirak edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR