Bank Of Baku

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani Ermənistan prezidenti ilə görüşüb

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani Ermənistan prezidenti ilə görüşüb
# 05 avqust 2013 13:30 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Ermənistan prezidenti Serj Sarkisyan Tehranda İranın yeni seçilmiş prezidenti Həsən Ruhani ilə görüşüb.

 

APA-nın “Lragir” saytına istinadən verdiyi məlumata görə, İran prezidenti S.Sarkisyana andiçmə mərasimdə iştirak etdiyinə görə təşəkkür edib. Görüşdə ikitərəfli əlaqələr müzakirə olunub, qeyd edilib ki, İran-Ermənistan əməkdaşlığının gündəliyi həmişə dolğun olub, bu da bir sıra iri layihələrin icra edildiyini göstərir.

 

Prezidentlər iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldırılmasının vacibliyini qeyd ediblər.

 

Görüş zamanı həmçinin regional problemlər və Dağlıq Qarabağ münaqişənin nizamlanma prosesinin indiki vəziyyəti də müzakirə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR