Bank Of Baku

İranla Böyük Britaniya müvəqqəti işlər vəkillərinin adlarını açıqlamaq barədə razılığa gəliblər

İranla Böyük Britaniya müvəqqəti işlər vəkillərinin adlarını açıqlamaq barədə razılığa gəliblər
# 17 oktyabr 2013 12:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Böyük Britaniya iki həftə içərisində müvəqqəti işlər vəkillərinin adlarını açıqlayacaqlar.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, bununla bağlı İranın xarici işlər nazirinin müavini Məcid Təxti Rəvançı ilə britaniyalı həmkarı Seymon Qass arasında oktyabrın 16-da Cenevredə keçirilmiş görüşdə razılıq əldə olunub.

 

Qeyd edək ki, İran və Böyük Britaniya xarici işlər nazirləri arasında oktyabrın 8-də həyata keçirilmiş telefon danışığı zamanı müvəqqəti işlər vəkillərinin təyinatı ilə bağlı razılıq əldə edilib.

 

Xatırladaq ki, 2011-ci il noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib. Səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Hadisədən sonra Böyük Britaniya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb, İran diplomatları da Londondan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR