Bank Of Baku

İranla Suriya arasında 3,6 mlrd. dollarlıq müqavilə imzalanıb

İranla Suriya arasında 3,6 mlrd. dollarlıq müqavilə imzalanıb
# 01 avqust 2013 09:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Suriya arasında yeni müqavilə imzalanıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, saziş rəsmi Tehranın Dəməşqə 3,6 mlrd. dollar dəyərində neft ixracını özündə ehtiva edir. Bunun qarşılığında İrana Suriyada əvəzsiz ticarət etmək və müxtəlif sahələrə investisiya qoymaq hüququ verilib.

 

Müqavilə iyulun 29-da İran Mərkəzi Bankının sədri Mahmud Bəhməni və Suriya Mərkəzi Bankının sədri Ədib Miyalə arasında imzalanıb. Sazişin imzalanması İranın neft naziri Rüstəm Qasımi ilə suriyalı həmkarı Süleyman Abbasın görüşündən bir gün sonraya təsadüf edib.

 

“Şərq əl-Əvsət” qəzetinin yazdığına görə, İran Suriyanı neft-kimya məhsulları ilə təmin etmək niyyətindədir. İki ölkənin neft nazirlərinin görüşündə də İran qazının İraq üzərindən Suriyaya ixrac edilməsi məsələsi ilə bağlı da razılıq əldə edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR