Bank Of Baku

İranlı alpinistlər Himalay dağlarında itkin düşüblər

İranlı alpinistlər Himalay dağlarında itkin düşüblər
# 25 iyul 2013 10:25 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın 3 alpinisti Himalay dağlarında itkin düşüblər. APA-nın İSNA-ya istinadən məlumatına görə, son vaxtlar Himalyanın Brodpeyk zirvəsinə çıxmaq üçün yeni tapdıqları yolu İran adına qeydə aldırmaq istəyən bu alpinistlər zirvədən dönərkən başlarına gələn hadisə nəticəsində izi itiriblər. Onlar bununla bağlı düşərgə rəhbərliyinə xəbər verərək yardım istəyiblər. Bundan sonra bölgədə xilasetmə əməliyyatlarına başlanıb. Ancaq 6 günlük axtarışlara baxmayaraq, iranlı alpinistlərin izinə rast gəlinməyib. Ona görə də xilasetmə tədbirlərinə nəticəsiz yekun vurulub və iranlı alpinistlərin yaşamasının artıq mümkün olmadığı bildirilib. İranın Pakistandakı müvəqqəti işlər vəkili Hüseyn Rəviş iranlı alpinistlərin Himalay dağlarının 7400 metrliyində itkin düşdüklərinə görə helikopterin həmin yüksəkliyə qalxmasının mümkün olmadığını vurğulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR