Bank Of Baku

İranlı deputat: «Cek Strou Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onu yumurta və pomidor atəşinə tutacağam»

İranlı deputat: «Cek Strou Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onu yumurta və pomidor atəşinə tutacağam»
# 27 iyul 2013 13:42 (UTC +04:00)
Bakı. Real Cəfərli – APA. İran parlamentinin deputatı Ruhullah Hüseyniyan Böyük Britaniyanın sabiq xarici işlər naziri Cek Strounu hədələyib. APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, R.Hüseyniyan deyib ki, C.Strou İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onu yumurta və pomidor atəşinə tutacaq: «Bu şəxs İrandan uranın zənginləşdirilməsinin dayandırılmasını istəyənlərdən biridir və belə bir adamın ölkə parlamentinə ayaq basmasının heç bir mənası yoxdur».

İranlı deputatlar C.Strou və onun mövqeyində olan şəxslərin parlamentə gəlməsinə qarşı çıxacaqlar və buna icazə verməyəcəklər: «Çünki bu şəxs İran xalqını təhqir edənlərdən biridir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR