Bank Of Baku

İranlı general: “Heç bir təyyarə və ya canlıya İranın hava məkanına icazəsiz daxil olmağa imkan vermərik”

İranlı general: “Heç bir təyyarə və ya canlıya İranın hava məkanına icazəsiz daxil olmağa imkan vermərik”
# 29 iyul 2013 09:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Heç bir təyyarə və ya canlının icazəsiz İranın hava məkanına daxil olmasına imkan vermərik”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın “Xatəmul Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının komandanı, general-polkovnik Fərzad İsmaili bildirib.

 

Onun sözlərinə görə, İranın hava hücumundan müdafiə qüvvələri əvvəlkindən daha güclüdür: “Qüvvələrimiz ölkənin 3600 nöqtəsini nəzarət altında saxlamaqla heç bir təyyarə və ya canlının hava məkanımıza icazəsiz daxil olmasına imkan vermir. Bu sahədə mədəni və təhlükəsizlik təhsili verilməsi personalın düşmən qarşısında daha güclü olmasına səbəb olur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR