Bank Of Baku

Iraq baş naziri əl-Falucada terrorçular üzərində qələbə elan edib

Iraq baş naziri əl-Falucada terrorçular üzərində qələbə elan edib
# 17 iyun 2016 20:16 (UTC +04:00)

Bakı-APA. Iraq hökuməti paytaxt Bağdaddan 50 km qərbdə yerləşən əl-Faluca şəhərinə nəzarəti bərpa edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bəyan edib.

 

“Növbəti hədəfimiz Mosul şəhəridir. əl-Faluca isə yaxın saatlarda tamamilə terrorçulardan təmizlənəcək”, deyə H.əl-Abadi bildirib.

 

Qeyd edək ki, iyunun 17-də İraq ordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.

 

Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR