Bank Of Baku

İraq Kürdüstanındakı referendumda seçici fəallığı 78 faiz təşkil edib

İraq Kürdüstanındakı referendumda seçici fəallığı 78 faiz təşkil edib
# 26 sentyabr 2017 01:18 (UTC +04:00)

Sentyabrın 25-də İraq Kürdüstanında keçirilən referendumunda seçici fəallığı məlum olub.

 

APA-nın “RTE”-yə istinadən verdiyi xəbərə görə, referendumda 3 305 925 nəfər səs verib.

 

Beləliklə, seçici fəallığı 78 faizə yaxın olub. Səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib.

 

Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR