Bank Of Baku

İraq ordusu Fəllucanı İŞİD-dən azad edib

İraq ordusu Fəllucanı İŞİD-dən azad edib
# 26 iyun 2016 10:57 (UTC +04:00)

Bakı-APA. İraq ordusu Fəlluca şəhərini İŞİD-dən tam azad edib.

 

APA-nın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün  İraq ordusunun komandanlığı bildirib.

 

Qeyd edək ki, Anbar əyalətinin qərbində yerləşən Fəlluca şəhəri 2014-cü ilin dekabrından İŞİD-in nəzarətinə keçib. Mayın 23-də Fəllucanın azad edilməsi ilə bağlı əməliyyat başlayıb. İraq ordusunun bölmələri və şiə könüllülərinin iştirak etdiyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiya dəstəyi verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR