Bakı. Real Cəfərli - APA. İraqın Diyala vilayətində törədilmiş terror aktı nəticəsində 10 nəfər həlak olub, 30 nəfər yaralanıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, ölənlərdən 5 nəfəri iranlı zəvvardır.
Hadisə içərisində bomba quraşdırılmış bir avtomobilin partlaması nəticəsində baş verib. Məlumatda yaralananların əksəriyyətinin də iranlı zəvvarlar olduğu bildirilir.