Bank Of Baku

İraqda “Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri qətlə yetirilib

İraqda “Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri qətlə yetirilib
# 07 yanvar 2014 14:07 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Sky News Arabia” peyk telekanalı xəbər yayıb.

 

“Qafqazlı” ləqəbli Əbu Tafil “Əl-Fəluca əmiri” kimi tanınan Abdulla əl-Canabidən sonra “İraq və Levantada islam dövləti” qruplaşmasında ikinci adam sayılırdı. Qeyd edək ki, İraqın qərbindəki Əl-Anbar əyalətində həyata keçirilən antiterror əməliyyatı zamanı Ə.Tafil ilə yanaşı A.Əl-Canabi də qətlə yetirilib.  

 

Son günlər Əl-Anbar əyalətinin Əl-Faluca şəhərində İraq ordusu və özünümüdafiə sünni batalyonunun döyüşçüləri ilə “İraq və Levantada islam dövləti” qruplaşması arasında  döyüşlər gedir. Ordu şəhərə genişmiqyaslı hücuma hazırlaşır. Bu üzdən də yerli sakinlər Əl-Falucadan təxliyə edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR