Bakı. Anaxanım Hidayətova – APA. İraqda baş vermiş partlayışlar nəticəsində 11 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA-nın “Euronews” saytına istinadən yaydığı məlumata görə, partlayışlar axşam namazı zamanı İraqın Kərkük şəhərinin sünni məscidində baş tutub. İyul ayının əvvəlindən bu günədək İraqda sünni və şiələr arasında baş verən toqquşmalar nəticəsində 700 nəfər qurban olub.
.