Bank Of Baku

İraqda bir neçə partlayışda ən azı 22 nəfər ölüb

İraqda bir neçə partlayışda ən azı 22 nəfər ölüb
# 28 iyun 2013 03:28 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Bağdadın şimalında və cənubunda iki kafe  partladılıb. Partlayışlar kafelərdə gənclər “Real Madrid” – “Barselona” futbol matçını izləyərkən törədilib. Nəticədə 8 nəfər həlak olub.  

 

Daha iki partlayış Baakuba şəhərində kofe dükanlarında törədilib. Nəticədə 10 nəfər partlayışların qurbanı olub.  

 

Cbela şəhərində kafe yaxınlığında törədilmiş partlayışda 3 nəfər ölüb.  

 

Bundan başqa bir nəfər avtomobilinin partladılması nəticəsində qətlə yetirilib.  

 

Son vaxtlar İraqda demək olar ki hər gün partlayışlar törədilir. BMT-nin məlumatına görə, bu ilin aprel ayından bu günədək 2 mindən çox insan terror aktların qurbanı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR