Bakı-APA. İraqın Ərbil şəhərində hoteldə güclü yanğın baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər ölüb.
“Əs-Sumariyə” telekanalının məlumatına əsasən, ölənlərin əksəriyyəti əcnəbi vətəndaşlardır.
Hadisənin başvermə səbəbləri ilə bağlı hələ ki, məlumat verilmir.