Bank Of Baku

İraqda İŞİD-in kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı uşaq ölüb

İraqda İŞİD-in kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı uşaq ölüb
# 11 mart 2016 18:54 (UTC +04:00)

Bakı-APA. İraqda İŞİD silahlılarının kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı qız ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular martın 9-da İraqın şimal-şərqində yerləşən Taz şəhərini atəşə tutarkən kimyəvi silahdan istifadə ediblər.

 

Nəticədə onlarla insan zəhərlənərək xəstəxanalara yerləşdirilib.  Vəziyyət ağır olan 4 nəfər paytaxt Bağdada göndərilib.

 

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bu yaxınlarda bəyan edib ki,  İŞİD İraq və Suriyada dəfələrlə kimyəvi silahdan, o cümlədən bibər qazından istifadə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR