Bank Of Baku

İraqda polis işçisinin evinə silahlı basqın nəticəsində 13 nəfər qətlə yetirilib

İraqda polis işçisinin evinə silahlı basqın nəticəsində 13 nəfər qətlə yetirilib
# 09 avqust 2013 00:44 (UTC +04:00)

Bakı-APA. İraqda polis əməkdaşının evinə törədilmiş iki hücum nəticəsində asayiş keşikçisi və ailəsinin bütün üzvləri daxil olmaqla 13 nəfər qətlə yetirilib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, Tikrit şəhərində naməlum silahlı şəxslər əvvəlcə polis əməkdaşının evinə basqın edərək ev sahibini, onun həyat yoldaşını, iki oğlunu və qızını qətlə yetiriblər.

 

Qonşular polis əməkdaşının evinin qarşısına toplaşdıqda, yaxınlıqda dayanan avtomobil partladılıb, nəticədə 8 nəfər ölüb, 30 nəfər isə yaralanıb.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR