Bakı – APA. İraqın şimalında baş verən iki terror aktı nəticəsində azı 6 nəfər ölüb, 20-dən çox adan yaralanıb. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, şirələrin Tuzhurmatu şəhərindəki toplantısı zamanı iki kamikadze partlayış törədib. Bundan əvvəl Bağdadın şiə rayonlarında baş verən partlayışlarda isə 40-a yaxın adam ölüb.