Bank Of Baku

İraqda silahlıların törətdiyi bir neçə hücum nəticəsində 8 nəfər ölüb, 19 nəfər yaralanıb

İraqda silahlıların törətdiyi bir neçə hücum nəticəsində 8 nəfər ölüb, 19 nəfər yaralanıb
# 09 yanvar 2014 01:57 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Şirkat şəhərində 2 polis əməkdaşı güllələnib, daha 2-si yaralanıb. Nineviya əyalətində terrorçu-kamikadze nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobili partladıb. Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Bakuba şəhərində silahlıların patrula hücumu zamanı 1 polis əməkdaşı öldürülüb, 2 nəfər xəsarət alıb. Mənsuriyə vilayətində meyvə bağının atəşə tutulması nəticəsində isə 1 kəndli ölüb, digəri yaralanıb, Makdadiya şəhərində polis 2 güllələnmiş kişi meyiti aşkar edib.

 

BMT-ın məlumatına görə, 2013-cü ildə İraqda  8 868 nəfər həlak olub. Onlardan təhlükəsizlik xidmətlərinin mülki personalı da daxil olmaqla 7 818-i dinc sakindir. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR