Bank Of Baku

İraqda terror aktı nəticəsində 14 nəfər həlak olub

İraqda terror aktı nəticəsində 14 nəfər həlak olub
# 25 iyul 2013 01:53 (UTC +04:00)

Bakı-APA. Bağdaddan şimalda avtokolona hücum nəticəsində ən azı 14 nəfər həlak olub. Bu barədə APA Reyter-ə istinadən məlumat verir.

 

Hadisə Bağdaddan 160 km məsafədəki Süleyman Pek yaşayış məntəqəsinin yaxınlığında baş verib. Silahlılar yanacaq daşıyan maşınların avtokolonunu yoxlamaq adı ilə saxlayaraq sürücüləri güllələyiblər.

 

Heç bir terrorçu təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR