APA-nın məlumatına görə, iki minalanmış avtomobilin partladılması nəticəsində ən azı 11 nəfər ölüb. Çoxlu sayda yaralının olduğu bildirilir.
Bu il İraqda terror aktlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən həftə sünnilərin sıx yaşadığı şəhərlərdə baş verən terror aktlarında 60-dan çox insan dünyasını dəyişib.