Bakı-APA. İraqda dünən törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 22-yə çatıb. Bu barədə APA Reyter-ə istinadən məlumat verir.
İlk partlayışlar Ramadi şəhərində baş verib. Burada dalbadal iki avtomobil partladılıb. Nəticədə 10 nəfər həlak olub, onlardan 6-sı polisdir.
Əd-Duceyl şəhərində terrorçu-kamikadze özünü dəfn mərasimi zamanı partladıb. Nəticədə ən azı 4 nəfər həlak olub.
Daha 3 partlayış Mədain və Bağdad şəhərlərində baş verib.