APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ən qanlı terror aktı Bağdadın şərqində qeydə alınıb. Sərnişin avtobusunda törədilmiş partlayış nəticəsində 6 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Daha bir partlayış Bağdadın şimalındakı Tarmiya yaşayış məntəqəsində baş verib. Terrorçu-kamikadzenin avtomobildə güclü partladıcı qurğunu işə salması nəticəsində 4 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Bayci şəhərinin yaxınlığında isə yerli siyasətçinin 3 qohumu qətlə yetirilib.
Ölkənin şimalındakı Mosul şəhərində terrorçularla atışmada 5 polis əməkdaşı həlak olub. Həmçinin yerli tayfalardan birinin lideri qətlə yetirilib. Mosulun yaxınlığında törədilmiş partlayış nəticəsində bir polis əməkdaşı ölüb, üçü yaralanıb. Terrorçu-kamikadze partladıcı qurğunu işə saldıqdan öncə bir əsgəri qətlə yetirib, iki nəfəri isə yaralayıb. Tikrit və Kərkükdə daha üç əsgər öldürülüb, iki nəfər isə yaralanıb.