Bank Of Baku

İraqda terrorçu-kamikadzelərin törətdikləri partlayışlarda 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb

İraqda terrorçu-kamikadzelərin törətdikləri partlayışlarda 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb
# 28 fevral 2016 19:51 (UTC +04:00)

Bakı – APA. İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.

 

APA-nın “Sky News”a istinadın verdiyi məlumata görə, İŞİD kamikadzelərinin törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.

 

Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.

 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.  

 

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR