Bank Of Baku

İŞİD-in kimyəvi silahdan istifadə etməsi nəticəsində azı 600 nəfər xəsarət alıb

İŞİD-in kimyəvi silahdan istifadə etməsi nəticəsində azı 600 nəfər xəsarət alıb
# 12 mart 2016 23:00 (UTC +04:00)

Bakı-APA.  İŞİD terrorçuları kimyəvi silahdan istifadə edərək, İraqın Kərkük şəhərinə iki hücum edib, nəticədə 600-dən çox insan xəsarət alıb, bir uşaq boğulmadan ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət qurumları terrorçuların hücumlar zamanı  kimyəvi silahdan istifadə etdiklərini iddia edirlər.    

 

Məlumata görə, hücumlara Taza şəhəri məruz qalıb. Qeyd edək ki, bu şəhər üç gün əvvəl  kimyəvi maddələrlə doldurulmuş  raketlərdən atəşə tutulub.  

 

Yüzlərlə insana tibbi yardım göstərilib, onlarda boğulma, susuzlaşma və yanıq xəsarətləri müşahidə edilib.

 

Raketlərin konkret hansı kimyəvi maddə ilə təchiz olunduğu barədə hələlik məlumat yoxdur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR