Bank Of Baku

İŞİD mənzil-qərargahının Liviyaya köçürülməsini nəzərdən keçirir

İŞİD mənzil-qərargahının Liviyaya köçürülməsini nəzərdən keçirir
# 28 fevral 2016 00:43 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması mənzil-qərargahının Liviyaya köçürülməsini nəzərdən keçirir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Mərakeşdə terror təhlükələri ilə mübarizə məqsədi ilə 2015-ci ilin martında yaradılmış Məhkəmə Araşdırmaları Mərkəzi Bürosunun direktoru Əbdülhaqq Xəyyam bildirib.

 

“İŞİD-in İraq və Suriyadakı mövqelərinə zərbələr çoxalması səbəbindən qruplaşma mənzil-qərargahının Liviyaya köçürülməsini nəzərdən keçirir. Liviyadakı vəziyyət qruplaşma üçün hələlik daha münasibdir”, - deyə Əbdülhaqq Xəyyam bildirib.  

 

Onun sözlərinə görə, hazırda İŞİD tərəfdarlarını qruplaşmaya qoşulmaq üçün  Yaxın Şərq ölkələrinə gəlməyə çağırmır: “İŞİD tərəfdarlarına səslənərək, terror aktlarını mümkün olan yerlərdə törətməyə çağırır. Şübhəsiz ki, Mərakeşdə terror təhlükəsi yüksək olaraq qalmaqdadır”.     

 

Əbdülhaqq Xəyyam Mərakeş xüsusi xidmət orqanlarının xarici ölkələrdə bir neçə terror aktlarının qarşısının alınmasında kömək etdiyini bildirib: “Fransadan başqa biz İtaliya, Niderland, Danimarka və ABŞ-a əhəmiyyətli məlumatlar ötürmüşük”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR