Bank Of Baku

İslami Cihad Hərəkatı İsrail şəhərlərini raket atəşinə tutur

İslami Cihad Hərəkatı İsrail şəhərlərini raket atəşinə tutur
# 08 iyul 2014 12:12 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İslami Cihad Hərəkatı İsrailə qarşı “Bunyanun Mersus” adlı hərbi əməliyyata başlayıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İslami Cihad Hərəkatının  “Səraya-əl-Qüds” qanadı Qəzzaya həmlələr edən İsrailə qarşı hərbi əməliyyata başladığını bəyan edib. “Bunyanun Mersus” ərəbcədən tərcümədə “bir-birinə pərçimlənmiş, möhkəm bina kimi cərgə tutanlar” mənası verir. “Səraya-əl-Qüds” İsrail şəhərlərinə və yəhudi yaşayış məntəqələrinə 60-dan çox raket atıldığını bildirib.

 

İsrail ordusu ölkənin cənubuna olan hücumlara cavab olaraq iyulun 7-də Qəzzada yerləşən “HAMAS” qruplaşmasına qarşı hərbi əməliyyatlara başladığını açıqlamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR