Bank Of Baku

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir
# 26 iyun 2016 09:25 (UTC +04:00)

Bakı-APA. Bu gün İspaniya parlamentinə növbədənkənar seçkilər keçirilir.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Konqres və Senata seçkilər yerli vaxtla səhət saat 9.00-da (Bakı vaxtı ilə 11.00) başlayıb, saat 20.00-da (Bakı vaxtı ilə 22.00)  başa çatacaq.  

 

Konqresdə 350 yer uğrunda 545 namizəd, Senatda 208 yer uğrunda 585 nəfər mübarizə aparır.

 

Qeyd edək ki, İspaniya parlamentinə son seçkilər 20 dekabr 2015-ci ildə keçirilib. Lakin Konqres ötən müddət ərzində baş naziri seçə bilməyib.  Bu, İspaniya tarixində diktator Fransisko Frankonun ölümündən sonra keçirilən 13-cü parlament seçkiləridir. Partiyalar parlamentdə təmsilçilik hüququ qazanmaq üçün 3 faizlik baryeri keçməlidir. Növbədənkənar parlament seçkiləri üçün İspaniyanın dövlət büdcəsindən 130 milyon avro ayrılıb. Parlamentin hər iki palatasının iclası iyulun 20-də keçirilməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR