Bank Of Baku

İsrail “Əl-Cəzirə” telekanalının yayımını dayandırmaq niyyətindədir

İsrail “Əl-Cəzirə” telekanalının yayımını dayandırmaq niyyətindədir
# 22 iyul 2014 19:11 (UTC +04:00)

Bakı-APA.  İsrail hakimiyyəti  Qətərin “Əl-Cəzirə” telekanalının yayımına qadağa qoymaq niyyətindədir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İsrail XİN rəhbəri Aviqdor Liberman Facebook səhifəsində dərc edib. O “Əl-Cəzirə” telekanalının Fələstinin HƏMAS qruplaşmasının təbliğat maşını olduğunu bildirib.      

 

“Biz telekanalın İsrail ərazisində yayımının qarşısını almaq üçün tədbirlər görəcəyik”, deyə Liberman bildirib.

 

Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı Qəzza zolağında baş verən hadisələri fasiləsiz rejimdə işıqlandırır.      

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR