Bank Of Baku

İsrail hakimiyyəti daha bir qrup fələstinli məhbusların azadlığa buraxılmasını qərara alıb

İsrail hakimiyyəti daha bir qrup fələstinli məhbusların azadlığa buraxılmasını qərara alıb
# 29 dekabr 2013 04:42 (UTC +04:00)

Bakı-APA. İsrailin hökumət komissiyası 26 fələstinli məhbusların azadlığa buraxılmasına dair qərarı təsdiqləyib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş nazirinin dəftərxanasının yaydığı rəsmi açıqlamasında bildirilir.  

 

Sənəddə qeyd olunur ki, azadlığa çıxacaq fələstinlilərin hamısı İsrail həbsxanalarında 18-28 il cəza çəkib. Komissiya  fələstinli məhbusların üçüncü qrupunun azadlığa buraxılmasına dair  qərarı dekabrın 28-i gecə saatlarında təsdiqləyib.

 

Fələstinli məhbusların dekabrın 30-da azadlığa buraxılacağı gözlənilir.

 

Qeyd edək ki, İsrail tərəfi 4 mərhələdə, ümumilikdə, 104 fələstinlini azad edəcəyini bəyan etmişdi.   

 

Xatırladaq ki, 26 fələstinlidən ibarət  məhbusların birinci qrupu avqustun ortalarında, ikinci qrupu isə oktyabrın sonlarında zadlığa buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR