Bank Of Baku

İsrail hərbçiləri Eylat kurortuna istiqamətlənən raketi havada məhv edib

İsrail hərbçiləri Eylat kurortuna istiqamətlənən raketi havada məhv edib
# 13 avqust 2013 01:45 (UTC +04:00)

Bakı-APA. Silahlıların Eylat kurort şəhəri istiqamətində atdığı raket İsrail hərbçiləri tərəfindən məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat katibliyinin nümayəndəsi xəbər verib.

 

“Həmin raketin məhv edilməsi üçün “Dəmir qübbə” raket əleyhinə sistemi işə salınıb. Zərərçəkənlər və dağıntı yoxdur”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, bu vaxtadək Eylat bölgəsində raket əleyhinə komplekslərdən istifadə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR