Bakı. Real Cəfərli - APA. “İrana qarşı iqtisadi sanksiyalar daha da sərtləşdirilməlidir”.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İsrail prezidenti Şimon Peres “France 24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İrana tətbiq edilmiş sanksiyaların aradan qaldırılması rəsmi Tehran üçün yeni fürsətlər doğuracaq.