Bank Of Baku

İsrail rəsmisi: “Avropa Birliyinin “Hizbullah”la bağlı qərarı qeyri-adekvatdır”

İsrail rəsmisi: “Avropa Birliyinin “Hizbullah”la bağlı qərarı qeyri-adekvatdır”
# 23 iyul 2013 10:39 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “Avropa Birliyi "Hizbullah"ın yalnız hərbi yox, bütün qanadlarını bütövlükdə terror qurumları adlandırmağa çağırıb”. 

APA-nın “RİA – Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İsrailin xarici işlər naziri Benyamin Netanyahu  bildirib: “Son illərdə İsrail çox çalışıb ki, Avropa Birliyi ölkələrinə “Hizbullah”ın İrana aid olan terror təşkilatı olduğunu sübut etsin.

İsrail hesab edir ki, “Hizbullah” yeganə təşkilatdır və onun həm siyasi, həm də hərbi qanadları bölünməzdir”.

 

İsrail parlamentinin Xarici işlər və müdafiə məsələləri üzrə  komitəsinin rəhbəri Avigdor Liberman Avropa Birliyinin bu qərarını “Qeyri-adekvat və könülsüz” adlandırıb və “Avropalılar həmişəki kimi  yarı yolda dayanıb”, deyə bildirib. O qeyd edib ki, “Hizbullah”ın ekstremizmdən başqa məqsədinin olduğunu sübut etmək cəhdləri, adam yeyənin vegetarian olmağının mümkünlüyünü sübut etməyə bənzəyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR